REGİONLAR
Saatlıda 2483 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb
Saatlı, 6 aprel Mahir Babayev, AZƏRTAC
Saatlıda cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 2483 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 hektar çoxdur. Əkin aparılmış sahələrin 1002 hektarını təzə yonca, 309 hektarını kartof, 235 hektarın tərəvəz, 889 hektarını isə bostan bitkiləri, 35 hektarını şəkər çuğunduru, 4 hektarını günəbaxan və digər bitkilər təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 13 min 5700 hektar sahədə pambıq əkilməsi üçün şum aparılıb, arata qoyulub və malalanıb.
Yaxın günlərdə rayonda çiyid səpininə start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]