REGİONLAR
Saatlıda 24 min 866 hektarda payızlıq taxıl əkilib
Saatlı, 3 yanvar, Mahir Babayev, AZƏRTAC
Saatlıda payızlıq taxıl əkini başa çatıb. Səpinə mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə 24 min 866 hektara toxum səpiblər ki, bu da ötən ildəkindən 2 min 516 hektar çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, saatlılı taxılçılar ötən il 22 min 350 hektar taxıl sahəsindən 91 min 635 ton məhsul götürüblər. Bunun da 79 min 643 tonu buğda, 11 min 991 tonu isə arpa olub. Taxıl sahələrinin hər hektarının məhsuldarlığı 41 hektara çatıb.
Əkinçilər cari mövsümdə qısa müddətdə 24 min 866 hektar sahəyə toxum səpiblər ki, bunun da 19 min 44 hektarı buğda, 5 min 822 hektarı arpa sahəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]