REGİONLAR


Saatlıda 2835 hektar sahədə yazlıq bitkilər əkilib

Saatlı, 14 may, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Kənd təsərrüfatı müəssisələri, əhali və fermer təsərrüfatları əlverişli hava şəraitindən maksimum istifadə edərək yazlıq bitkilərin əkinini optimal müddətdə və aqrotexniki qaydada başa çatdırmağa çalışırlar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin birinci rübü üzrə 2835 hektar sahədə yazlıq bitkilər əkilib. Bunun 354 hektarını kartof, 167,0 hektarını tərəvəz, 571 hektarını bostan, 1730 hektarını çoxillik otlar (yonca), 7 hektarını dən üçün qarğıdalı, 6 hektarını isə dən üçün günəbaxan bitkiləri təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 233 hektar təzə yonca, 22,5 hektar kartof, 63 hektar bostan, 53,5 hektar tərəvəz çox əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.