REGİONLAR


Saatlıda 600-dən çox bal toplayan məzunlarla görüş keçirilib

Saatlı, 16 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlıda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

Görüşdə Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon Təhsil Şöbəsinin əməkdaşları, həmçinin 2020-2021-ci tədris ilində 600 baldan yuxarı nəticələr göstərmiş tələbələr və onların valideynləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, rayonda bir çox ümumtəhsil məktəblərində aparılan əsaslı təmir və yenidənqurma işlərindən, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən danışıblar. Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da vurğulanıb.

Bildirilib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020-2021-ci tədris ilində Saatlı rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edən məzunlardan 10 nəfər 600-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni isə Nəsimkənd kənd tam orta məktəbinin məzunu İslamov Elnur Hacı oğlu (665 bal) göstərib.

Məzunlar respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

2020-2021-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərdiklərinə görə bir qrup məzun fəxri fərmanla təltif olunub və onlara qiymətli hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.