REGİONLAR


Saatlıda 60 min hektara yaxın sahə suvarılıb VİDEO

Bakı, 26 sentyabr, AZƏRTAC

Saatlı rayonunda hər il olduğu kimi, bu il də suvarma normalara uyğun olaraq aparılıb və artıq başa çatdırılıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Saatlı Suvarma Sistemləri İdarəsi 60 min hektara yaxın suvarma şəbəkəsi ilə əhatə olunan sahəyə xidmət edir. İdarə sahələrin suvarılmasını ümumi uzunluğu 1400 kilometrdən artıq olan suvarma kanalları, 2000-dən çox sayı olan hidrotexniki qurğu, 61 ədəd nasos aqreqatı və digər köməkçi vasitələrlə təmin edir. Balansda olan suvarma kanallarında suyun axınının maneəsiz təmin olunması istiqamətində hazırda müxtəlif ərazilərdə lildən təmizlənmə işləri həyata keçirilir. Araz çayından ayrılan suvarma qollarının tez-tez lillənməsi kanalların mütəmadi təmizlənməsini vacib edir. Bununla yanaşı, kollektor-drenaj şəbəkəsi də lildən təmizlənir, ərazidə olan torpaqların şoranlaşmasının qarşısı alınır.

Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən ilin əvvəlindən bu vaxta qədər 22 hidrotexniki qurğu, 2 nasos stansiyası, 7 kilometr nov kanal cari təmir edilib. Eyni zamanda, 2022-ci ilin II rübündə ümumi uzunluğu 330 kilometr olan suvarma kanallarında 891 min kubmetr, uzunluğu 158 kilometr olan kollektor-drenaj şəbəkəsində isə 544 min kubmetr mexanizmlə lildən təmizlənmə işi yerinə yetirilib. Bundan başqa, Araz çayında nasos stansiyaların ətrafında 255 min kubmetr məcratəmizləmə işləri də başa çatdırılıb.

Qeyd edək ki, Saatlı rayonunda bu il 18515 hektar sahədə taxıl, 16930 hektar yem bitkiləri, 13000 hektar pambıq, 252 hektar qarğıdalı, 2650 hektar bostan-tərəvəz və 66 hektar silosluq qarğıdalı əkilib və suvarılması tam başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.