HEYDƏR ƏLİYEV - 100


Saatlıda “Heydər Əliyev İli”nə həsr olunan bilik yarışının qalibləri müəyyənləşib

Saatlı, 4 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Kahoot!” platforması üzərindən “Heydər Əliyev İli”nə həsr olunan bilik yarışması keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin ideologiyalarını, azərbaycançılıq məfkurəsini gənclər arasında təbliğ etmək, onun siyasi irsini gənclərə aşılamaq məqsədi daşıyan yarışmada Saatlı rayonu üzrə 7 ümumtəhsil məktəbi təmsil edən komandalar iştirak edib. I yeri - M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbin “Birlik” komandası, II yeri - A.Bayramov adına Məmmədabad kənd tam orta məktəbin “Zirvə” komandası, III yeri isə V.Əsgərov adına şəhər 4 nömrəli tam orta məktəbin “Xəzri” komandası tutub. Qaliblərə fəxri fərmanlar və müxtəlif hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.