CƏMİYYƏT


Saatlıda “Narkotikə yox deyək!” mövzusunda tədbir keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti (RİH), rayon Polis şöbəsi, Gənclər və İdman İdarəsi, “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Narkotikə yox deyək!” mövzusunda tədbir keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Cəfərsadiq Cəfərli, Saatlı RİH başçısı Aparatının şöbə müdirləri Azər Həsənov və Rövşən Muradov, rayon Polis şöbəsinin əməkdaşı Kamran Əhmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, rayon “Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov, Qızıl Aypara Cəmiyyətinin Saatlı rayon bölməsinin sədri Fizuli Cəfərov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Telman Ağayev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxış edənlər narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına vurduğu zərərlər və onun fəsadları haqqında danışıblar.

Təbir iştirakçılarına Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncam ilə təsdiq edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” haqqında geniş məlumat verilib. Zərərli vərdişlərdən uzaq, təhsil yönümlü, savadlı, uğurlu və sağlam gəncliyin formalaşdırılmasının dövlətimizin daim diqqət mərkəzində olduğu vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.