REGİONLAR


Saatlıda “Nizami Gəncəvi-880” adlı sərgi açılıb

Saatlı, 2 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evi, kənd tam orta məktəbi və kənd kitabxanasının təşkilatçılığı ilə “Mədəni kənd – mədəni mühit” layihəsi çərçivəsində “Nizami Gəncəvi-880” adlı tədbir keçirilib. Tədbirdə Nizami Gəncəvinin əsərlərinin nəşr edildiyi kitablar nümayiş olunub, məktəblilər dahi şairin şeirlərini səsləndirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda “Mədəni kənd – mədəni mühit” layihəsinin kənd ərazisində yaşayan insanların mədəni tələbatının ödənilməsi istiqamətində həyata keçirilən layihə olduğu bildirilib. Kənd əhalisinin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, kənd yerlərində mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması, kəndlərdə yaradıcı gənclərin aşkar olunması və tanıdılması missiyasını həyata keçirən layihə insanlar tərəfindən müsbət qarşılanır.

Tədbirdə Nizami Gəncəvinin əsərlərindən ibarət kitab sərgisi, şagirdlərin ifasında səsləndirilən şairin şeirləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.