REGİONLAR


Saatlıda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd olunub VİDEO

Saatlı, 10 may, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub və rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin həyatını əks etdirən sərgi ilə tanış olublar.

Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov və digər natiqlər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, məhz Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi nəticəsində bugünkü müasir, müstəqil, güclü Azərbaycan dövləti yaranıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində düşmən kapitulyasiya aktına imza atıb, ərazi bütövlüyümüz bərpa olunub.

Sonra tədbir rayonun təhsil və mədəniyyət müəssisələrinin hazırladıqları ədəbi-bədii hissə ilə davam edib, ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir və musiqilər səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.