REGİONLAR


Saatlıda “Zəfər simvolu-Xarıbülbül” adlı tədbir keçirilib

Saatlı, 17 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Saatlı rayonunda “Zəfər simvolu-Xarıbülbül” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Saatlı Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı gerçəkləşib.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək Ali Baş Komandanın və ordumuzun igid əsgərlərinin sayəsində torpaqlarımızın işğaldan azad olunmasından, Zəfər simvoluna çevrilmiş Xarıbülbülün Qarabağ torpağına sədaqətindən bəhs edib.

Vətən müharibəsi qazisi Surət Ağayev, şəhid atası Əlizamin Nəsirov, şəhid anası Vüsalə Tağıyeva və başqaları çıxış edərək Vətən uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan, sağlamlığını itirən igid Azərbaycan oğullarının qəhrəmanlıqları barədə fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.