CƏMİYYƏT


Saatlıda azyaşlılara tütün məmulatları satan şəxs cərimələnib

Bakı, 9 mart, AZƏRTAC 

Saatlıda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd nəticəsində rayonun Nəsimi kəndi ərazisində bir mağazanın satıcısının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması aşkarlanıb.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektinin satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən, (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub və o, 100 manat məbləğində cərimələnib.

Bu istiqamətdə reydlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.