REGİONLAR


Saatlıda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb

Saatlı, 12 iyun, Mahir Babayev, AZƏRTAC

Saatlı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndi ərazisindən keçən hissəsində baş verib. “VAZ 2105” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan vəziyyəti ağır olan 2 nəfər Bakıdakı ixtisaslaşdırılmış xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.