REGİONLAR
Saatlıda bostan sahələrinin hər hektarından 323 tondan çox məhsul yığılıb
Saatlı, 16 sentyabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda bostan məhsulları yığımı başa çatıb. Məhsul istehsalçıları əkdikləri 2 min 418,5 hektar bostan sahəsindən 78 min 334 ton məhsul yığıblar ki, bu da ötən il toplanan məhsuldan 15 min 651 ton çoxdur. Hər hektarın məhsuldarlığı 323,9 ton olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, saatlılı əkinçilər bu mövsüm 2 min 418,5 hektar sahədə bostan bitkiləri əkiblər. Bunun da 1764 hektarını qarpız, 654,5 hektarını isə yemiş sahəsi təşkil edib. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda məhsul bol olub. Bostançılar becərdikləri sahələrdən 78 min 334 ton məhsul toplayaraq yığımı başa çatdırıblar. Toplanan məhsulun 59 min 776,8 tonunu qarpız, 18 min 557,2 tonunu isə yemiş təşkil edib. Qarpız sahələrinin hər hektarının məhsuldarlığı 338,9, yemiş sahələrində isə 283,5 sentner olub.
Tədarük olunan məhsul əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.