REGİONLAR


Saatlıda bu günədək bağlardan 3 min tondan çox meyvə yığılıb

Saatlı, 17 sentyabr, Mahir Babayev, AZƏRTAC

Saatlıda meyvə yığımı davam edir. Ötən il bağlardan 3000 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bol məhsul yetişdiriblər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən səkkiz ayında rayonda mövcud olan 2 min 381 hektar meyvə bağından 3 min 762,1 ton məhsul toplayıblar. Yığılmış məhsulun 238,5 tonunu alma, 121,7 tonunu armud, 472,6 tonunu ərik, 319,8 tonunu albalı, 497,4 tonunu gavalı, 691,7 tonunu alça, 159,6 tonunu gilas, 289,6 tonunu şaftalı, 371,2 tonunu isə digər meyvələr təşkil edib.

Artıq saatlılı bağbanlar heyva və nar bağlarında məhsul yığımına başlayıblar və qısa müddətdə bağlardan 46 ton heyva, 33 ton nar tədarük olunub. Yığılan məhsul iri şəhərlərin bazarlarına göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.