REGİONLAR


Saatlıda bu il süni mayalanma yolu ilə 904 baş buzov alınıb

Saatlı, 22 avqust, Mahir Babayev, AZƏRTAC

Saatlıda aqrar sektorun digər sahələri ilə yanaşı heyvandarlığın inkişafına da xüsusi diqqət yetirir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda mal-qaranın cins tərkibinin yeniləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.

Rayon Kənd Təsərrüfat İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılmış 2 min baş inəkdən 904 baş buzov alınıb.

Əhmədbəyli kənd heyvandarlıq təsərrüfatının rəhbəri Hüseyn Nağıyevin dediyinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur.

Onu da qeyd edək ki, süni mayalanma yol ilə alınan buzovlara görə ötən ilin oktyabr və bu ilin aprel ayları ərzində rayonda 774 maldara 9 min 400 manat subsidiya ödənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.