REGİONLAR
Saatlıda buğda biçininə başlanılıb - zəmilərdə bol məhsul var FOTO VİDEO
Saatlı, 11 iyun, Aydın Yavər, AZƏRTAC
Saatlıda buğda zəmilərinin biçininə başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonda artıq arpa sahələri ilə yanaşı, buğda biçininə də başlanılıb. Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ağa Əsədov bildirib ki, rayon üzrə 22986 hektar sahədə taxıl becərilib. Sahələrdə bol məhsul var. Zəmilərin 17731 hektarını buğda, 5254 hektarını isə arpa təşkil edir.
“Artıq bu gündən buğda sahələrində biçinə start verilib. Buğda biçini ilə yanaşı, arpa sahələrində də biçin aparılır. Bu günə kimi 3824 hektar sahədə arpa biçilib, orta məhsuldarlıq 37,7 sentner olmaqla, 14403 ton arpa tədarük edilib”, - deyə Ağa Əsədov qeyd edib.
Biçin işlərinin itkisiz və optimal müddətdə aparılması üçün sahələrə müasir kombaynlar çıxarılıb. “Aqrolizinq” ASC-nin Saatlı bölməsinin direktoru Cabir Məmmədovun sözlərinə görə, hazırda zəmilərdə 60 kombayn çalışır. Onlardan 35-i “Aqrolizinq” ASC-yə, 25 isə hüquqi və fiziki şəxslərə məxsusdur.