REGİONLAR


Saatlıda buğda sahələrinin hər hektarından 42,9 sentner məhsul götürülür

Saatlıda buğda sahələrinin hər hektarından 42,9 sentner məhsul götürülür

Saatlı, 20 iyun, Mahir Babayev, AZƏRTAC

Saatlıda taxılçılıq əsas təsərrüfat sahələrindən biridir. Son illər rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirilir, əkin sahələri genişləndirilir, məhsuldarlıq ilbəil artır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyindən bəhrələnən saatlılı əkinçilər ötən ilin payızında cari ilin məhsulu üçün 22 min 150 hektar sahədə taxıl əkiblər. Bunun 3 min 296 hektarını arpa, 18 min 854 hektarını isə buğda sahələri təşkil edir. Ötən il hər hektar taxıl sahəsindən 41,7 sentner məhsul götürən fermerlər bu il də sahələrdə bol məhsul yetişdiriblər. Biçin kampaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə arpa yığımını başa çatdırıblar.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, biçin aparılmış 3 min 288 hektar arpa sahəsindən 11 min 475 ton məhsul götürüb. Hazırda buğda sahələrinin məhsulu yığılır. Biçin aparılmış 3 min 510 hektar sahədən 15 min 58 ton məhsul götürülüb. Buğda sahələrinin məhsuldarlığı orta hesabla 42, 9 sentnerə çatır ki, bu da ötən ildəkindən 1,2 sentner çoxdur.

Rayon üzrə ən yüksək nəticəni isə Əliəhmədli kənd fermer təsərrüfatının rəhbəri Xanhüseyn Əhmədov qazanıb. Torpaq mülkiyyətçisi əkdiyi 120 hektar taxıl sahəsinin hər hektarından 47,5 sentner məhsul götürür.

Rayonda biçin kampaniyası davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.