REGİONLAR


Saatlıda əsas kapitala yönələn investisiyanın həcmi 39,1 faiz artıb

Saatlı, 19 may, Aydın Yavərzadə, AZƏRTAC

Saatlıda 2022-сi ilin yanvar-mart aylarında rayonun 5 tikinti təşkilatı və fiziki şəxslər tərəfindən 337,9 min manat həcmində təmir-tikinti işləri yerinə yetirilib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müəssisələr və fərdi sahibkarlar üzrə yerinə yetirilən 337,9 min manat həcmində işlərin 34,3 min manatı və ya 10,2 faizini yeni tikinti, 47,0 min manatı və ya 13,9 faizi əsaslı təmir, 256,6 min manatı və ya 75,9 faizini cari təmir işləri təşkil edib. Cari ilin I rübündə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 527,0 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,1 faiz çoxdur.

İstifadə olunan investisiyanın 300,0 min manat və ya 56,9 faizi dövlət vəsaiti, 227,0 min manatı və ya 43,1 faizi isə qeyri-dövlət vəsaitidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.