REGİONLAR


Saatlıda gün ərzində 100-110 hektar taxıl sahəsinin məhsulu yığılır

Saatlı, 5 iyun, Mahir Babayev, AZƏRTAC

Saatlının fərdi fermer təsərrüfatlarında taxıl biçininə başlanılıb və qısa müddətdə 2 min 449 hektar sahənin məhsulu yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 32,8 sentner olur.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında Saatlıda 22 min 150 hektar sahədə taxıl əkilib. Bunun 3 min 296 hektarı arpa, 18 min 854 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 40,6 sentner məhsul götürən torpaq mülkiyyətçiləri cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstərib, bitki üzvi və mineral gübrələrlə təmin olunub, digər zəruri tədbirlər həyata keçirilib. Nəticədə taxıl sahələrində bol məhsul yetişib.

Bir neçə gündür ki, zəmilərdə məhsul yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində aparılır. Kampaniyanı vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub.

Bu məqsədlə sahələrə 45-ə yaxın kombayn, 150-dən çox maşın və mexanizm çıxarılıb. İşin yaxşı təşkili nəticəsində hər gün 100-110 hektar sahənin məhsulu yığılır. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 88 min ton məhsul istehsal etmək mümkün olacaq.

Qeyd edək ki, ötən il rayonda 20 min 438 hektar taxıl sahəsində 83 min ton taxıl yığılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.