REGİONLAR
Saatlıda heyvandarlıq məhsulları istehsalında artım müşahidə olunur
Saatlı, 7 iyun, Mahir Babayev, AZƏRTAC
Saatlıda heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, maldarlara verilən əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, ət, süd, yun və yumurta istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 67 min 755 baş iribuynuzlu mal-qara və 115 min 206 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə, 1654 baş çoxdur.
İlin ötən 5 ayı ərzində rayonda 3 min 182,4 ton ət (diri çəkidə), 16 min 312,4 ton süd, 76,2 ton yun və 6 milyon 32 min ədəd yumurta istehsal olunub. Bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 0,9 ton, süddən 69,4 ton, yundan 10,4 ton, yumurta istehsalından isə 1 milyon 180 min ədəd çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]