REGİONLAR


Saatlıda heyvandarlıq məhsullarının istehsalı artıb

Saatlı, 8 iyul, Mahir Babayev, AZƏRTAC

Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparacı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 714 baş iribuynuzlu mal-qara, 116 min 250 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 999 baş çoxdur. Mal-qaranın baş sayının atrması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Cari ilin 6 ayında heyvandarlıq təsərrüfatlarında 3 min 568,6 ton ət (diri çəkidə), 20 min 614 ton süd, 95,7 ton yun, 7 milyon 212 min ədəd yumurta istehsal olunub ki, bu göstərici də keçən il istehsal olunan ətdən 2,8 ton, süddən 1,8 ton, yundan 10,3 ton, yumurtadan isə 1 milyon 202 min ədəd çox çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.