REGİONLAR


Saatlıda iki min hektardan çox sahədə yazlıq bitkilər əkiblər

Saatlı, 9 aprel, Mahir Babayev, AZƏRTAC

Saatlıda yazlıq bitkilər əkini davam edir. Məhsul istehsalçıları əkinləri vaxtında başa çatdırmaq üçün yaradılan şəraitdən maksimum səmərə ilə istifadə edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda cari ilin məhsulu üçün 33 min 52 hektar sahədə qış şumu aparılıb. Artıq fermerlər şumlanmış sahələrdə qısa müddətdə 2003,5 hektarda yazlıq bitkilər əkiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 205 hektar çoxdur. Əkin aparılmış sahələrin 1051 hektarını yonca, 4 hektarını günəbaxan, 222 hektarını tərəvəz, 306 hektarını kartof, 407 hektarını bostan, 9,5 hektarını şəkər çuğunduru, 4 hektarını isə paxlalı bitkilər təşkil edir. Bu mövsüm, həmçinin rayonda 15 min hektardan çox sahədə pambıq əkilməsi də nəzərdə tutulub. Artıq bu qədər sahədə pambıq əkilməsi üçün emal müəssisələri ilə məhsul istehsalçıları arasında müqavilə bağlanılıb və hazırda rayonda pambıq əkini ilə əlaqədar bütün hazırlıq işləri başa çatdırılıb. Yaxın günlərdə səpin kampaniyasına start veriləcək.

Qeyd edək ki, saatlılı əkinçilər ötən il ümumilikdə 21 min 622 hektar sahədə yazlıq bitkilər əkini aparıblar. Əkinçilər cari il bu rəqəmi 26 min hektara çatdırmağı qarşıya məqsəd qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.