REGİONLAR


Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edilib

Saatlı, 18 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Dəllər və Naharlı kəndlərində yerləşən iki evdə keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Polis əməkdaşları tərəfindən məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə hər iki ev sahibi inzibati qaydada məsuliyyətə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.