REGİONLAR


Saatlıda motosikletlə “QAZel” toqquşub

Saatlı, 3 iyun, Mahir Babayev, AZƏRTAC

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Mirağa Ağayev küçəsində qeydə alınıb.

Rayonun Musalı kənd sakini İslam Məmmədov idarə etdiyi motosikletlə hərəkətdə olarkən “QAZel” markalı avtomobillə toqquşub.

Nəticədə motosikletin sürücüsü ağır bədən xəsarəti alıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.