CƏMİYYƏT
Saatlıda narkotik alverçisi saxlanılıb
Bakı, 1 iyul, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz alqı-satqısında şübhəli bilinən Saatlı şəhər sakini Hüsaməddin Abasov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şöbəyə gətirilib. Onun kustar üsulla hazırladığı iki bükümdə heroin və metodonu 70 manat müqabilində satdığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə H.Abasovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 169 ədəd metodon və 26 ədəd tramadol həbləri, eləcə də 8 qramdan artıq metodon tozu, 2 qramdan çox heroin, flakonda tiryək məhlulu və elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.