REGİONLAR


Saatlıda nəqliyyat sahəsi üzrə xidmət 44,8 faiz artıb

Saatlı, 20 may, Aydın Yavərzadə, AZƏRTAC

2022-сi ilin yanvar-mart ayları ərzində Saatlı rayonunun nəqliyyat müəssisələri və nəqliyyat sahəsində çalışan fiziki şəxslər tərəfindən göstərilən xidmət həcmi ötən ilin müvafiq dövrünə nisbətən 194,2 min manat və ya 44,8 faiz artaraq 627,4 min manat olub.

Saatlı rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, nəqliyyat sahəsi üzrə olan xidmətin 565,9 min manatı fiziki şəxslərin, 61,5 min manatı isə hüquqi şəxslərin payına düşüb. Fiziki şəxslər tərəfindən cari ildə 152,0 min ton yük, 1 milyon 386 min sərnişin daşınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 min ton (8,6 faiz) yük və 201 min sərnişin (17,0 faiz) çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.