REGİONLAR


Saatlıda payızlıq taxıl səpininə hazırlıq başa çatıb

Saatlı, 24 sentyabr, Mahir Babayev, AZƏRTAC

Saatlı rayonunun fermerləri və torpaq mülkiyyətçiləri payızlıq taxıl səpininə hazırlıq işlərini başa çatdırıblar. Yüksək nəticələr əldə etmək məqsədilə yüksək məhsuldar toxumlar tədarük olunub, əkin üçün nəzərdə tutulan sahələr üzvi və mineral gübrə verilməklə şumlanıb, səpin aqreqatları təmir edilərək hazır vəziyyətə gətirilib. Yaxın günlərdə rayonda arpa səpininə başlanacaq.

Rayon kənd təsərrüfat idarəsindən AZƏRTAC –a bildiriblər ki, cari mövsümdə Saatlıda 22 min hektardan çox sahədə payızlıq taxıl əkilməsi planlaşdırılır. Bu, ötən ildəkinə nisbətən təxminən 1500 hektar çoxdur.

Xatırladaq ki, rayon taxılçıları bu il yüksək məhsuldarlığa nail olublar. Belə ki, arpa sahələrinin hər hektarından 34,7, buğda sahələrinin hər hektarından 41,7 sentner məhsul götürülüb. Ümumilikdə isə 20 min 435 hektar sahədən 83 min 140 ton taxıl yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.