REGİONLAR


Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb

Neftçala, 8 yanvar, Mahir Babayev, AZƏRTAC

Yanvarın 7-də Saatlıda qanunsuz ov edən 5 nəfər Füzuli rayon sakini rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional bölməsindən məlumat verilib. Ovçulardan “İJ-58”, “İj-18”, “MR-155”, 2 ədəd “TOZ-63” markalı ov tüfəngi, 15 ədəd patron, habelə ovladıqları 10 dovşan götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırılma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.