REGİONLAR


Saatlıda qısa müddətdə 5215 hektarda çiyid səpilib

Saatlı, 17 aprel, Mahir Babayev, AZƏRTAC 

Bir neçə gündür ki, Saatlıda çiyid səpininə başlanılıb. Məhsul istehsalçıları qısa müddətdə 5215 hektarda çiyid səpiblər. Ötən il respublika üzrə ən çox “ağ qızıl” istehsal edən rayon pambıqçıları bu il də səylə çalışır, daha çox məhsul istehsal etmək üçün bütün lazımi tədbirləri vaxtında həyata keçirirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, bu il Saatlıda 13 min 735 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bu məqsədlə artıq torpaq mülkiyyətçiləri ilə müqavilə bağlanılıb, səpin aqreqatları və digər mexanizmlər vaxtında təmir olunub, sahələr şumlanıb, arata qoyulub, malalanaraq səpin üçün hazırlanıb.

Rayonda fəaliyyət göstərən “MKT” MMC, “Azər Pambıq” MMC, “Aqro AZ” MMC, “Kənd Təsərrüfatı” MMC ilə bağlanan müqavilələrə əsasən məhsul istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.

Qeyd edək ki, ötən il Saatlıda 15 min 815 hektar pambıq əkilib, 30 min 439 ton məhsul istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.