REGİONLAR


Saatlıda qısa müddətdə 7450 hektar sahəyə çiyid səpilib

Saatlı, 26 aprel, Mahir Babayev, AZƏRTAC 

Saatlıda çiyid səpini sürətlə davam edir. Son günlər havaların qeyri-sabit keçməsinə baxmayaraq, fermerlər gün ərzində 450-500 hektar sahəyə toxum səpirlər. Səpin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları bu günə kimi 7450 hektarda səpin aparıblar. Ötən il respublika üzrə ən çox “ağ qızıl” istehsal edən rayon pambıqçıları cari ildə də səylə çalışır, daha çox məhsul istehsal etmək üçün bütün lazımi tədbirləri həyata keçirirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, bu il Saatlıda 13 min 735 hektarda pambıq becərilməsi nəzərdə tutulub. Bu məqsədlə 2 min 475 nəfərdən çox torpaq mülkiyyətçisi ilə müqavilələr bağlanılıb və onlar lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər.

Ötən il Saatlıda 15 min 815 hektarda pambıq əkilmiş və 30 min 439 ton məhsul istehsal olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.