İQTİSADİYYAT


Saatlıda sakinlərin təbii qaz təchizatı ilə bağlı sualları cavablandırılıb

Bakı, 23 may, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin sayca 68-ci “Açıq mikrofon” aksiyası Saatlı rayonunda baş tutub.

AZƏRTAC xəbər verir ki, aksiyaya Saatlı rayonunun Kamallı, Hacıqasımlı, Naharlı, Soltanabad, Dəlilər, Nəsimikənd kəndlərindən üz tutan sakinlər bu kəndlərin qazlaşdırılmasını xahiş ediblər. "Səyyar qəbul otağı"nın imkanlarından Novruzlu, Mollavazlı kəndlərinin sakinləri də yararlanıblar. Onlar sözügedən bu kəndlərin qazlaşdırıldığını, lakin yeni yaşayış massivlərində yaşayan sakinlərin təbii qazdan istifadə edə bilmədiklərini bildirərək bu ünvanlara da küçə qaz xəttinin çəkilməsini xahiş ediblər. Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev, Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev vətəndaşların qaz təchizatına dair ünvanladıqları sualları yerindəcə cavablandırıblar. Vətəndaşlara qazlaşma prosesi, cari ildə qazlaşdırılması nəzərdə tutulan kənd və qəsəbələr, həmçinin yeni yaşayış massivləri barədə geniş izahatlar verilib.

Qeyd edək ki, "Açıq mikrofon" aksiyasında Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.