REGİONLAR


Saatlıda şəhidin xatirəsinə inşa olunan bulaq kompleksi açılıb

Saatlı, 16 may, Aydın Yavərzadə, AZƏRTAC

Saatlıda Vətən müharibəsi şəhidi Səfərov Oktay Əhməd oğlunun xatirəsinə inşa olunan bulaq kompleksi açılıb.

Açılış mərasimində şəhidin ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, veteran və qazilər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi anılıb. Bildirilib ki, Vətənə borcunu layiqincə yerinə yetirən, şəhadəti ilə tarix yazan igidlər sırasında şəhid Səfərov Oktay Əhməd oğlu da var. Çıxışlarda Oktayın həyatından, Vətənə olan sevgisindən söhbət açılıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gərgin döyüşlər zamanı düşmənin xeyli canlı qüvvəsinin, texnikasının məhv edilməsində, bir çox yaşayış məntəqələrinin, həmçinin strateji yüksəkliklərin azad olunmasında Oktayın da payı olub. Sonuncu dəfə 31 nəfərlik qrupla Xocavənd istiqamətində döyüşdə 6 post azad ediblər və növbəti irəliləmə cəhdində mühasirəyə düşüblər. Noyabrın 3-də gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Oktay Səfərov doğulub boya-başa çatdığı Qaralar kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Oktay Səfərov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olmasına görə" medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.