REGİONLAR
Saatlıda soğan yığımı yekunlaşıb
Saatlı, 29 iyul, Mahir Babayev, AZƏRTAC
Saatlıda soğan yığımı yekunlaşıb. Məhsul istehsalçıları bu günədək 47 hektar soğan sahəsinin məhsulunu toplayıblar ki, bu da ümumi sahənin 100 faizini təşkil edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, saatlılı əkinçilər erkən yazda 915.8 hektar sahədə tərəvəz əkiblər ki, bunun da 47 hektarını soğan bitkisi təşkil edir. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri sahələrdən 468.6 ton soğan toplayıblar. Hər hektarın məhsuldarlığı 99.7 sentner olub.
Soğan əkini ilə ən çox rayonun Əlisoltanlı, Ötərikənd və Şirinbəyli kəndlərinin əkinçiləri məşğul olurlar. Rayonun Əlisoltanlı kənd sakini Vaqif Əmiraslanov bu mövsüm 2 hektar sahədə soğan becərib. Məhsul istehsalçısı artıq yığımı başa çatdırıb. “Becərdiyim soğan sahəsinin hər hektarından 110 sentner məhsul götürməklə 22 tondan çox soğan toplamışam. Artıq məhsulun çoxunu satmışam. Qazancım məni qane edir. Dövlətimizin biz əkinçilərə göstərdiyi hərtərəfli dəstəkdən yararlanaraq növbəti təsərrüfat ilində əkin sahəsini genişləndirmək fikrindəyəm”, - deyə əkinçi bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]