REGİONLAR


Saatlıda tərəvəz sahələrindən 1900 tondan çox pomidor yığılıb

Saatlı, 8 avqust, Mahir Babayev, AZƏRTAC

Bu il saatlılı fermerlər 788 hektar sahədə tərəvəz becəriblər. İlin təsərrüfat işləri üçün əlverişli keçdiyindən və məhsul istehsalçıları becərdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiyindən bol məhsul yetişib. Xeyli vaxtdır ki, torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulun yığımını aparırlar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, saatlılı fermerlər becərdikləri 788 hektar tərəvəz sahəsinin 457 hektarından indiyədək 5 min 78,4 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 111,2 sentner olub. Əkinçilər həmçinin 1988,5 hektar bostan sahəsinin 1770 hektarından 50 min 951 ton qarpız və yemiş də toplayıblar. Bostan sahələrinin hər hektarının məhsuldarlğı 278,8 sentner olub.

Tərəvəz yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.