REGİONLAR


Saatlıda tərəvəz sahələrindən 2 min tondan çox pomidor yığılıb

Saatlı, 15 oktyabr, Mahir Babayev, AZƏRTAC

Bu il saatlılı fermerlər 916 hektar sahədə tərəvəz becəriblər. İlin təsərrüfat işləri üçün əlverişli keçdiyindən və məhsul istehsalçıları becərdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiyindən sahələrdə məhsul bol olub.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, saatlılı fermerlər becərdikləri 916 hektar tərəvəz sahəsindən indiyədək 22 min 245 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 242.5 sentner olub. Tədarük olunan tərəvəzin 826.1 tonunu bibər, 1551.1 tonunu xiyar, 2 min 274.7 tonunu pomidor, 1061.1 tonunu badımcan, 395.3 tonunu sarımsaq, 458.6 tonunu soğan, 908.5 tonunu kələm, 14 min 770.1 tonunu isə boranı təşkil edib.

Əkinçilər, həmçinin əkdikləri 2 min 419 hektar bostan sahəsindən 78 min 334 ton qarpız-yemiş də toplayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.