CƏMİYYƏT
Saatlıda toy məclisi təşkil etməyə çalışan şəxslər cərimələniblər
Bakı, 11 avqust, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan olunan xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının rayonun Dədə Qorqud kəndində keçirdiyi tədbirlər nəticəsində evinin həyətində toy məclisi təşkil etməyə çalışan şəxslər müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən mərasimin keçirilməsi dayandırılıb. Toyun təşkilatçılığını edən iki nəfər ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunub. Onlar cərimələnib, digərlərinə isə ciddi xəbərdarlıq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]