REGİONLAR


Saatlıda türkiyəli mütəxəssislərin iştirakı ilə pambıqçılığın inkişafına həsr olunmuş regional tədbir keçirilib

Saatlı, 9 aprel, Mahir Babayev, AZƏRTAC

Saatlıda pambıqçılığın inkişafına həsr olunmuş regional tədbirdə səpin zamanı istifadə olunan toxumların seçilməsi, aqrotexniki qaydalara düzgün qulluq edilməsi ilə bağlı müzakirələr aparılıb.

“Azərpambıq” MMC və Türkiyənin “Progen” toxumçuluq şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Saatlı, İmişli, Biləsuvar, Sabirabad və Salyandan olan fermerlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regional tədbirdə Türkiyədən olan mütəxəssislərlə fermerlər arasında pambıqçılığın inkişafına dair müzakirələr aparılıb, ölkəmizdə əkilən toxumlar və onların məhsuldarlığı barədə məlumat verilib. Qeyd olunub ki, hazırda Azərbaycanda Türkiyə sortu olan 6 toxum əkilir. Bunlar “Karizma”, “Flaş”, “440”, “Lima”, “20-18” və “Edesa” sortlarıdır. Toxumlar iqlim şəraitinə uyğun olaraq seçilib və Azərbaycan şəraitinə uyğundur. Həmçinin rütubətə və susuzluğa dözümlüdür.

Diqqətə çatdırılıb ki, Türkiyədən gətirilən toxumların Azərbaycanda da toxumluq olaraq yetişdirilməsi planlaşdırılır. Bundan başqa, toxumların yetişdirilməsi istiqamətində aqrotexniki qaydalara əməl olunması barədə də fermerlərlə ətraflı söhbətlər aparılıb. Bitki sıxlığının azaldılmasının, cərgəarası məsafələrə əməl edilməsinin əsas şərtlərdən biri olduğu diqqətə çatdırılıb.

Regional toplantıda fermerləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.