REGİONLAR


Saatlıdan olan yeniyetmə rəssam beynəlxalq yarışda qalib gəlib

Saatlı, 4 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Saatlıdan olan yeniyetmə rəssam Türkmənistanda keçirilən beynəlxalq yarışda iştirak edib. Həmyerlimiz ölkəmizi təmsil edərək, yüksək nailiyyətlə Vətənə qayıdıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Türkmənistan Mədəniyyət Nazirliyi tərəfindən xarici ölkələrin gənc incəsənət nümayəndələrinin iştirakı ilə “Xoşbəxt uşaqlıq” adlı uşaqların beynəlxalq rəsm müsabiqəsi keçirilib.

İki yaş qrupu üzrə keçirilən və 15 dövlətdən 1700 müəllifin iştirak etdiyi müsabiqədə Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin "Gənc rəssam" dərnəyinin üzvü Cavadova Günel Rövşən qızı 12-16 yaş kateqoriyasında olan iştirakçılar arasında 1-ci yerə layiq görülüb.

Bu münasibətlə Saatlı Rayon İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsi gənc rəssamla görüş keçirib, onu fəxri fərman və qiymətli hədiyyə ilə təltif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.