REGİONLAR
Saatlının Orta Muğan kəndində yeni məktəb binası tikilir
Saatlı, 27 yanvar, Mahir Babayev, AZƏRTAC
Saatlının Orta Muğan kənd tam orta məktəbi üçün yeni ikimərtəbəli bina inşa olunur.
Artıq binada hörgü işləri başa çatıb, dam örtüyü vurulub, pəncərələri yerləşdirilib. Hazırda binanın daxilində suvaq işləri aparılır, kommunikasiya xətləri çəkilir və digər zəruri işlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir arxitektura üslubunda inşa olunan 432 şagird yerlik təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaq. Binada 21 sinif otağı, 3 laboratoriya, tibb və hərbi otaq, idman zalı olacaq. Məktəb müasir istilik sistemi, yeni inventar və texniki avadanlıqlarla təchiz olunacaq. Binanın yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]