REGİONLAR


Saatlının bostan sahələrindən 30 min tondan çox məhsul yığılıb

Saatlı, 28 iyul, Mahir Babayev, AZƏRTAC

Saatlıda bostan məhsulları (qarpız, yemiş) yığımının qızğın çağıdır. Məhsul istehsalçıları əkdikləri bostan sahəsinin 1096 hektarının məhsulunu yığıblar ki, bu, ümumi bostan sahəsinin 45.3 faizini təşkil edir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, saatlılı əkinçilər bu mövsüm 2 min 418.5 hektar sahədə bostan bitkiləri əkiblər. Bunun da 1764 hektarını qarpız, 654.5 hektarını isə yemiş sahəsi təşkil edir. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda məhsul boldur. Xeyli vaxtdır ki, fermerlər becərdikləri sahələrin məhsulunu toplayırlar. Bostançılar indiyədək sahələrdən 19 min 854.2 ton qarpız,10 min 546.5 ton isə yemiş tədarük ediblər. Qarpız sahələrinin hər hektarının məhsuldarlığı 319.4, yemiş sahələrinin isə 222.5 ton olub.

Təsərrüfatlarda bostan məsulları yığımının sürəti günbəgün artır. Sahibkarlar yetişdirdikləri məhsulun yığımını itkiyə yol vermədən başa çatdırmaq üçün var qüvvə ilə çalışır, gün ərzində 50-60 hektar sahənin məhsulunu toplayırlar. Tədarük olunan məhsul əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.