ELM VƏ TƏHSİL


Sabah 57625 şagird mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verəcək

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 3-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakıdakı xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıdakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, həmin gün ümumilikdə 57625 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Onlardan 32795-i IX sinif, 24830-u isə XI sinif şagirdləridir. İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap etdirə bilərlər. Həmçinin şagirdlərə bu vərəqə ilə yanaşı, “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Kitabçada imtahan prosesi ilə bağlı vacib tövsiyələr, şagirdlərin əməl etməli olduqları qaydalar və digər zəruri məlumat verilir.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

İmtahana gələn şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 111 imtahan binası ayrılıb. İmtahanda Bakıda 702, Şəmkirdə 2446, Gədəbəydə 837, Ağstafada 943, Qazaxda 1017, Tovuzda 1958 , Mingəçevirdə 1310, Balakəndə 884, Zaqatalada 1237, Qaxda 612, Yardımlıda 590, Cəlilabadda 2337, Masallıda 2135, Lerikdə 597, Göyçayda 1330, Ağdaşda 1256, Ucarda 925, İsmayıllıda 980, Qobustanda 377, Ağcabədidə 1804, Füzulidə 823, Beyləqanda 1102, Salyanda 1422, Neftçalada 822, Hacıqabulda 710, Qusarda 1042, Qubada 1962, Siyəzəndə 471, Xızıda 164 doqquzuncu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 104 imtahan binası ayrılıb. İmtahanda Bakıda 340, Şəmkirdə 1786, Gədəbəydə 748, Ağstafada 736, Qazaxda 681, Tovuzda 1550, Xızıda 110, Balakəndə 750, Zaqatalada 1143, Qaxda 475, Ağcabədidə 1405, Göyçayda 982, Ucarda 716, Ağdaşda 812, İsmayıllıda 800, Füzulidə 706, Beyləqanda 827, Yardımlıda 620, Cəlilabadda 1594, Masallıda 1477, Salyanda 1131, Lerikdə 469, Hacıqabulda 416, Neftçalada 622, Siyəzəndə 379, Qobustanda 332, Mingəçevirdə 1014, Qusarda 856, Qubada 1353 on birinci sinif şagirdinin iştirakı gözlənilir.

İmtahanların idarə olunmasına ümumilikdə 255 imtahan rəhbəri, 2917 nəzarətçi-müəllim ayrılıb. Hazırda həmin şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Təhlükəsizliyin təmin edilməsi üçün imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına təhvil veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.