SİYASƏT


Sabah AŞPA-nın payız sessiyası işə başlayır

Paris, 7 oktyabr, AZƏRTAC 

Sabah Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edəcək.

Sessiyasının ilk iş günündə Assambleyanın sədri çıxış edəcək, Büronun və daimi komitənin hesabatları dinləniləcək. Eyni zamanda, sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Xorvatiyanın Baş nazirinin müavini və xarici və Avropa işləri üzrə naziri Mariya Buriç komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verəcək, Assambleya üzvlərinin suallarını cavablandıracaq.

Sessiya çərçivəsində Tunis Respublikasının xarici işlər naziri Khemaies Jhinaouinin çıxışı da gözlənilir. Bundan başqa, Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilərin suallarını cavablandıracaq.

Sessiyada Parlament Assambleyasının səlahiyyətlər və səsverməyə dair qərar qəbuletmə prosesinin möhkəmləndirilməsi, desantralizasiya prosesinin uğurla həyata keçirilməsində milli parlamentlərin rolu, Avropa Şurasına üzv ölkələrdə qaçqın və miqrantların ailə üzvlərinin birləşməsinə dair müzakirələr aparılacaq.

Payız sessiyası oktyabrın 12-dək davam edəcək.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.