CƏMİYYƏT


Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əlverişli olacaq

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycanda aprelin 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12°, gündüz 16-18° isti, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi norma daxilində 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 14-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 3-7°, gündüz 7-12, bəzi yerlərdə 15-17° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 14-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.