DÜNYA


Sabah Almaniyanın üç hava limanında xəbərdarlıq tətili keçiriləcək

Bakı, 9 yanvar, AZƏRTAC

Verdi həmkarlar ittifaqının çağırışı ilə yanvarın 10-da Almaniyanın üç hava limanında birgünlük xəbərdarlıq tətili keçiriləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tətildə Düsseldorf, Köln-Bonn və Stuttgart hava limanlarının təhlükəsizlik xidmətinin heyəti iştirak edəcək. Aksiyanın 110 minə yaxın sərnişinə, həmçinin hava nəqliyyatının işinə təsir göstərəcəyi bildirilir.

Həmkarlar ittifaqı təşkilatı nəzarət nöqtələrində çalışanlara saathesabı 20 avro ödənməsini tələb edir. İşəgötürən isə ildə 1,8-2 faiz maaş artımı təklifini irəli sürür. Bu təkliflə razılaşmayan Verdi xəbərdarlıq tətili keçirmək qərarına gəlib.

Tərəflər yanvarın 23-də yenidən danışıqlar masası arxasına keçəcəklər. Bu dəfə də razılıq əldə olunmasa, həmkarlar ittifaqının bütün ölkə ərazisində və daha uzunmüddətli tətil çağırışı etməsi gözlənilir.

Xatırladaq ki, bazar ertəsi günü Berlindəki hava limanında 4 saat sürən xəbərdarlıq tətili nəticəsində 60-dan çox uçuş təxirə salınmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.