İDMAN


Sabah Azərbaycan cüdoçuları Antalyada “Böyük dəbilqə” turnirində mübarizəyə başlayacaqlar

Bakı, 30 mart, AZƏRTAC

Sabah Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı yarışda 17 idmançı təmsil edəcək.

Kişilər arasında Turan Bayramov, Rövşən Əliyev (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (81 kq), Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri və İmran Yusifov (hər ikisi +100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə Leyla Əliyeva, Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Günel Həsənli (70 kq) güclərini sınayacaqlar.

Aprelin 3-dək davam edəcək turnirdə 64 ölkədən 500-dən yuxarı cüdoçu iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.