İDMAN


Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək

Bakı, 23 may, AZƏRTAC

Mayın 24-də Heydər Əliyev adına İdman Sarayında “Caspian Power” İdman Festivalı təşkil olunacaq. Festivalda stronqmen, bodibildinq, mas-restlinq, cui-citsu və sumo üzrə yarışlar keçiriləcək.

Azərbaycan Stronqmen Federasiyasından AZƏRTAC-a bildiriblər ki, festival çərçivəsində keçiriləcək stronqmen yarışları Avrasiya çempionatından ibarət olacaq. Yarışda 4 ölkədən 7 tanınmış idmançı iştirak edəcək. Stronqmen yarışlarında ölkəmizi iki idmançı – Vüsal Mərdanov və Namiq Mehdiyev təmsil edəcəklər. Hər iki atletimiz 110 kiloqram çəki dərəcəsində yarışacaqlar. Ümumilikdə festivalda 100-dək idmançı birincilik uğrunda mübarizə aparacaq.

ASF-in prezidenti B.Quliyev qeyd edib ki, məqsədimiz bütün idman növləri üzrə yarışların bir idman turniri çərçivəsində keçirməklə idmanın kütləviliyini artırmaqdır. Həmçinin idman ləvazimatları və qidalarının istehsalı və satışı ilə məşğul olan şirkətlər də yarışa dəvət olunub. Belə ki, festival çərçivəsində onlar xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirəcəklər. Yarışın tamaşaçılar tərəfindən maraqla qarşılaşacağını gözləyirik. Festival zamanı arenada eyni vaxtda idmanın beş növü üzrə yarışlar keçiriləcək. Maraqlısı odur ki, idmançılar eyni səhnədə çıxış edəcəklər. Xarici ölkələrdə bir neçə dəfə bu qəbildən yarışlarda iştirak etmişəm. Ancaq ölkəmizdə ilk dəfədir belə yarış keçiriləcək. Çalışırıq ki, bu festival ölkəmizdə ənənə halını alsın və idman növlərinin sayı artsın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.