İQTİSADİYYAT


Sabah Bakıda ilk Milli Turizm Sammiti keçiriləcək

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti keçiriləcək.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın yeni milli turizm brendinin, loqosunun və şüarının geniş ictimaiyyət üçün təqdimatı olacaq, gələcək planlar və layihələr, qlobal və regional bazarlarda aparılacaq marketing strategiyası haqqında məlumat veriləcək.

Ölkəmizdə akkreditə olunmuş diplomatik korpus təmsilçilərinin, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin, ümumilikdə 1500-dən çox nümayəndənin təmsil olunacağı sammitdə eyni zamanda Dövlət Turizm Agentliyinin və agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosunun kollektivi də təqdim ediləcək.

Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək Dünya Səyahət Bazarı (London WTM) sərgisində reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.