CƏMİYYƏT
Sabah Bakıda və Abşeron yarımadasında çiskinli yağış yağacağı gözlənilir
Bakı, 20 fevral, AZƏRTAC
Ölkə ərazisində fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5°, gündüz 7-9° d isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək - 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi- meteoroloji proqnozuna görə, fevralın 21-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5°, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.