İQTİSADİYYAT


Sabah Binəqədi rayonunun bir hissəsinin təbii qaz təchizatında fasilə yaranacaq

Sabah Binəqədi rayonunun bir hissəsinin təbii qaz təchizatında fasilə yaranacaq

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 2-də Binəqədi rayonunun bir hissəsinin təbii qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 2-də Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 millimetr olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra ediləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan etibarən Binəqədi rayonunun “Vulkan”, “1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində müvəqqəti fasilə yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.