DÜNYA


Sabah İraqda parlament seçkiləri keçiriləcək

Bağdad, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da İraqda növbəti parlament seçkiləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, İraq parlamentinin qəbul etdiyi seçkilər haqqında yeni qanuna əsasən, seçki dairələrinin sayı 18-dən 83-ə çatdırılıb. Bu addım ən ucqar əyalətdə yaşayanların seçkilərdən kənarda qalmamaları üçün atılıb.

Siyasi müşahidəçi Əli Mümtaz İraq televiziyasında çıxışı zamanı bildirib ki, parlament seçkilərində 167 partiyadan 3249 namizəd iştirak edəcək. Namizədlərdən 789 nəfəri bitərəfdir. Qadın namizədlərin sayı isə 951 nəfərə çatıb.

Qanuna əsasən, seçki məntəqələri oktyabrın 10-da saat 07:00 açılacaq və 18:00–da bağlanacaq. Seçki dairələri 24 saat ərzində nəticələr barədə ilkin məlumat verməlidirlər.

Əli Mümtaz qeyd edib ki, budəfəki parlament seçkilərində sabiq dövlət rəhbərləri iştirak etmirlər. Ötən müddət ərzində İraq xalqı çox çətin yollardan keçib. İqtisadi böhran, siyasi çəkişmələr sabiq rəhbərlərin nüfuzuna ciddi ziyan vurub. Bu səbəbdən onlar seçkiyə qatılmaq istəməyiblər. Lakin onlardan heç biri siyasətdən getməyib və İraqın ictimai-siyasi həyatında fəal rol oynamaqda davam edirlər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bağdad

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.